"Beşiktaş" Babelin transferini bitirdi

15:15 - 23 Dekabr 2016

Türkiyənin "Beşiktaş" klubu "Deportivo"nun futbolçusu Rayan Babelin keçidini həll edib. 

 

Sportal.az xəbər verir ki, hollandiyalı futbolçu yaxın günlərdə İstanbula gələcək və "qara qartallar"la münasibətlərini rəsmiləşdirəcək. Bu barədə məlumatı futbolçu özü "Milliyet"ə açıqlamasında verib. O bildirib ki, "Beşiktaş"da çempionluq sevinci yaşamaq istəyir. 


Qeyd edək ki, Türkiyə mətbuatı Babelin "Beşiktaş"la 2 illik müqavilə imzalayacağını iddia edir. 

Xəbər xətti