Fatih Terimin köməkçisi Super Liqa klubunda

19:35 - 23 Dekabr 2016

Türkiyə Super Liqasında mübarizə aparan “Adanaspor” klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, komanda Türkiyə millisinə məşqçi kimi çalışan Levent Şahinə tapşırılıb.

 

Fatih Terimin köməkçisi ilə bugünlərdə müqavilə imzalanacaq. Levent Şahin həm millidə, həm də klubda çalışacaq.

 

Qeyd edək ki, Adana təmsilçisi 15 turdan sonra  9 xalla turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. 

Xəbər xətti