Braziliya millisinin sabiq üzvü "Antalyaspor"da?

17:48 - 24 Dekabr 2016

Braziliya millisinin sabiq üzvü və "Atletiko Mineyro"da çıxış edən Robinyonun adı Türkiyənin "Antalyaspor" klubuyla hallanır.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Rıza Çalımbay açıqlamasında bu xəbərləri təkzib edib və hücumçu ilə maraqlanmadıqlarını söyləyib:

"Robinyo? Bu barədə məlumatım yoxdur. Qışda heyətimizi gücləndirəcəyik, amma Robinyo xəbəri haqda məlumatım yoxdur".

 

Qeyd edək ki, 32 yaşlı Robinyo ilin əvvəlində ölkəsinin "Atletiko Mineyro" klubu ilə müqavilə imzalamışdı.

Xəbər xətti