Super Liqanın lideri yarımmüdafiəçi transfer etdi

18:11 - 24 Dekabr 2016

Türkiyə Super Liqasının lideri olan "Başakşəhər" heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Gənclərbirliyi"nin futbolçusu İrfan Can Kahviçini transfer edib. Bu barədə məlumatı Ankara klubunun prezidenti İlhan Cavcav verib. Klub rəhbəri "bu transferin hər iki klub üçün də xeyirli olmasını arzulayıram" deyərək keçidi təsdiqləyib.

 

Qeyd edək ki, 21 yaşlı İrfan Can "Gənclərbirliyi"nin yetirməsidi. O, paytaxt təmsilçisinin heyətində 26 qarşılaşmada meydana çıxıb və 5 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti