"Fənərbaxça"nın futbolçusu Rusiya klubuna keçir

12:00 - 25 Dekabr 2016

Nigeriya millisinin sabiq üzvü Emanuel Emenike "Fənərbaxça"nı tərk etməyə hazırlaşır. 

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını yenidən Rusiyada davam etdirəcək. Hücumçunun sabiq klubu "Spartak"la (Moskva) anlaşacağı gözlənilir. 

 

Bu barədə məlumatı futbolçunun meneceri Ərdəm Konyar Rusiya mətbuatına açıqlamasında verib. O bildirib ki, futbolçu Rusiyaya gedəcək və Moskva klubunun rəsmiləri ilə görüşəcək. Emenikenin mövsümün sonuna qədər icarəyə götürüləcəyi iddia edilir. 


Qeyd edək ki, Emanuel Emenike 2013-cü ildə "Spartak"dan İstanbul klubuna transfer olunub. 

 

Xəbər xətti