"İnter"in sabiq futbolçusu karyerasını bitirdi

11:38 - 25 Dekabr 2016

Bakının “İnter” klubunun sabiq qapıçısı Georgi Lomaya futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu haqda 37 yaşlı futbolçu özü məlumat verib. O, "Dinamo" ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edib və karyerasını başa vurub:

 

“Bəli, mən qərara gəldim ki, karyeramı bitirim. 37 yaşım var, artıq getmək zamanıdı. Ancaq ümid edirəm ki, futbol sahəsində qalacam. Məşqçi kurslarına qatılıb, lisenziya almaq niyyətindəyəm. Mövsümün sonunda B kateqoriyası almaq üçün ərizə yazacam”.

 

 

Xatırladaq ki, Gürcüstan millisinin də üzvü olmuş Lomaya 2009-cu ildə Kaxaber Sxadadzenin dəvəti ilə “İnter”ə gəlmişdi. O, 2016-cı ildə klubu tərk edib və Tbilisi “Diinamo”suna keçib.

Xəbər xətti