"Fənərbaxça"nın hücumçusu "Spartak"da

16:32 - 26 Dekabr 2016

"Fənərbaxça" Emmanuel Emenikeni icarəyə göndərib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Dik Advokaat tərəfindən heyətdən kənarlaşdırılan nigeriyalı hücumçu karyerasını Rusiyada davam etdirəcək.

 

29 yaşlı forvard Moskvanın "Spartak" klubuna icarəyə verilib. İcarə müddəti 6 aylıq nəzərdə tutulub.

 

Qeyd edək ki, "Spartak" Emenike üçün yad klub deyil. Belə ki, təcrübəli qolçu 2011-2013-cü illərdə Rusiya təmsilçisində çıxış edib.

Xəbər xətti