"Fənərbaxça" "Trabzonspor" qarşısına 4 itkiylə çıxacaq

18:08 - 26 Dekabr 2016

Türkiyə Super Liqasında 16-cı tura bu gecə baş tutacaq "Trabzonspor" - "Fənərbaxça" qarşılaşmasıyla yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi bu matça ciddi itkilərlə çıxacaq. Robin Van Persi, Hasan Ali Kaldırım və Volkan Şen zədə səbəbindən derbidə forma geyə bilməyəcək. Martin Şkrtel isə sarı kart limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" oyunu Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xəbər xətti