"Qalatasaray" qapıçılarını itirdi

19:14 - 5 Yanvar 2017

Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas qolkiperi Fernando Muslera sıradan çıxıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Uruqvay millisinin üzvünün barmağı sınıb. Hadisə İstanbul nəhənginin bu gün səhər baş tutan məşqində baş verib. Klubun rəsmi saytı da əlcək sahibinin zədələnməsini təsdiqləyib. Futbolçunun müalicəsinə başlanıldığı açıqlanıb. 

 

Qeyd edək ki, "cim-bom"un ikinci qapıçısı Cenk Gönən də zədəlidir. "Tuzlaspor"la oyunda zədələnən Gönen əməliyat olunub və komandanın məşqlərinə qatılmır.

Xəbər xətti