"İnter"in 3 rəqibi müəyyənləşdi

14:47 - 6 Yanvar 2017

Yanvarın 10-da Antalyaya yollanacaq “İnter”in yoxlama görüşü keçirəcəyi 3 rəqibin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bakılılar Rumıniya, Tacikistan və Rusiya klubları ilə üz-üzə gələcək.


"Botoşanı" ilə oyun ayın 18-də baş tutacaq. Bundan bir gün sonra isə Zaur Svanadze yetirmələrini "İstiqlol" ilə oyunda sınayacaq. Yanvarın 21-də isə "bankirlər" Rusiyanın "Orenburq" klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Rumıniya mətbuatı "İnter"in “Politexnika İaşi” klubu ilə üz-üzə gələcəyini də yazmışdı. Məlumata görə, bakılılar rumınlarla yanvarın 23-də oynamalıdı.

 

Xəbər xətti