"Trabzonspor" sabiq futbolçusunu geri qaytardı

16:20 - 11 Yanvar 2017

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qaradəniz təmsilçisi İspaniyanın "Leqanes" klubundan ayrılan Karl Medyaninini heyətinə cəlb edib. Klubun rəsmi saytından verilən məlumata görə əlcəzairli futbolçu ilə il yarımlıq müqavilə imzalanıb. 31 yaşlı yarımmüdafiəçi "bordo-mavilər"də illik 1 milyon 50 min avro qazanacaq.

 

Qeyd edək ki, Medyani 2014-2015-ci il mövsümünü "Trabzonspor"un heyətində keçirmişdi. O, Türkiyə klubundan ayrıldıqdan sonra "Levante" və "Leqanes" klublarında çıxış edib.

 

Xəbər xətti