"İnter" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Riu Kaya Belek” otelində məskunlaşan “bankirlər” gün ərzində iki dəfə məşq edir.
Artıq toplanış çərçivəsində Bakı klubunun dördüncü rəqibi də artıq müəyyənləşib. Belə ki, "İnter" yanvarın 15-də Qazaxıstanın "Ordubaşı" komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 18.00-da baş tutacaq.
Daha sonra isə Zaur Svanadzenin komandası 18 yanvarda “Botoşani” (Rumıniya), 19-da “İstiqlol” (Tacikistan), 21-də isə “Orenburq”la (Rusiya) görüşəcək.
saytlarin hazirlanmasi