Türkiyədə Antalya şəhərində hazırlıqlarını davam etdirən Bakının “İnter” klubu bu gün ilk yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, "bankirlər" Qazaxıstanın “Ordabaşı” klubu ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "İnter" növbəti yoxlama oyunlarının yanvarın 18-i "Botoşani" (Rumıniya), yanvarın 19-u "İstiqlol" (Tacikistan), yanvarın 21-i "Orenburq"a (Rusiya) qarşı keçirəcək.
Yoxlama oyunu
“İnter” – “Ordabaşı” (Qazaxıstan) - 0:0
saytlarin hazirlanmasi