“Komanda hazırlıq müddətində birinci matçını keçirdi. İlk oyun üçün kifayət qədər normal oynadıq”.
Sportal.az xəbər verir ki, bu sözlər “İnter”in baş məşqçisi Zaur Svanadzeyə məxsusdur.
Türkiyədəki Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Ordabaşı” klubu ilə qarşılaşan paytaxtklubu görüşdən qolsuz bərabərliklə ayrılıb. Oyun başa çatdıqdan sonra açıqlama verən çalışdırıcı fikirlərini bildirib. O, matçdan razı qaldığını deyib:
“Hər iki hissədə fərqli heyətlə çıxdıq, Zurab Xizanişvili istisna olmaqla, hamıya şans verdik. Müdafiədə çox ciddi oynadıq, demək olar, səhvə yol vermədik. Bütövlükdə ilk yoxlama matçından razı qaldım”.
saytlarin hazirlanmasi