“Uzun müddətdir ki, oyuna hazırlaşırıq. Ümid edirəm ki, sabah yaxşı və layiqli oynayıb, “Mladost” qarşı mübarizə apara biləcəyik”.
Sportal.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının I təsnifat mərhələsində səfərdə sabah “Mladost”la (Serbiya) oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Gürcü mütəxəssis oyunun çətin keçəcəyini bildirib: “Bilirik ki, rəqibimiz yaxşı komandadır, yaxşı futbolçular cəmləşib. Bir neçə yeni oyunçu ilə gücləniblər. Sabah bizim üçün çox çətin olacaq. UEFA komandamızı cəzalandırıb. Artıq iki “pəncərədir” ki, oyunçu transfer edə bilmirik. Bir sözlə, güclənmək əvəzinə dözürük, ümid edirəm ki, yanvara kimi dözə biləcəyik. Sonrasına da baxarıq. Digər detallar sabah məlum olacaq. Biz necə hazırlaşmışıq, nə edəcəyik, hamısını sabah biləcəyik. Ümid edirik ki, hər iki matçda yaxşı mübarizə aparıb növbəti mərhələyə çıxacağıq”.
saytlarin hazirlanmasi