Zaur Svanadze: "Mərhələ keçdiyimizi demək olmaz"

01:34 - 30 İyun 2017

"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Serbiya "Mladost"una qarşı keçirdikləri ilk oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, gürcü mütəxəssis 3:0 hesablı qələbədən sonra bunları söyləyib:

 

"Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldı. Nəticə də qənaətbəxşdi. Amma hələ bizi qarşıda cavab görüşü gözləyir. Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadı. Arxayınlaşa bilmərik. "Mladost"un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik, mərhələ keçdiyimizi demək olmaz".

 

Qeyd edək ki, iyunun 6-da Bakıdakı "Dalğa Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

Xəbər xətti