"İnter" "Mladost" üçün başlayır

00:59 - 2 İyul 2017

Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter" Bakıya qayıdıb.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da səfərdə Serbiya "Mladost"u ilə qarşılaşan Bakı klubu bu gün səhər saatlarında vətənə dönüb.

 

Baş məşqçi Zaur Svanadze futbolçulara 1 günlük istirahət verib. Komanda bu gün yenidən bir araya gələrək, "Mladost" qarşı keçiriləcək cavab matçına hazırlaşacaq.

 

Xatırladaq ki, "İnter" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında səfərdə "Mladost" komandasıyla qarşılaşıb və rəqibin qapısından üç cavabsız qol keçirib. Cavab görüşü isə iyulun 6-da baş tutacaq.

Xəbər xətti