Avropa Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “İnter” Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. İyulun 6-da, saat 21:00-da başlanacaq oyun “Dalğa Arena”da baş tutacaq.
Sportal.az xəbər verir ki, iyulun 5-də "Dalğa Arena”da hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək.
Qrafik aşağıdakı kimidir:
18:30 "İnter” FK-nın baş məşqçisi Zaur Zvanadzenin mətbuat konfransı
19:00 "İnter” FK-nın açıq məşqi (ilk 15 dəqiqə)
20:00 "Mladost” FK-nın baş məşqçisi Nenad Milovanoviçin mətbuat konfransı
20:30 "Mladost” FK-nın açıq məşqi (ilk 15 dəqiqə)
saytlarin hazirlanmasi