Bakının “İnter” klubu Serbiya "Mladost"unu iki oyunun nəticəsinə görə məğlub edib və Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu bu mərhələdə Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq.
Lüksemburq təmsilçisi Moldova “Milsami” klubunu mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, ikinci mərhələnin oyunları iyulun 11-12-si (ilk matçlar) və iyulun 18-19-da (cavab matçlar) keçiriləcək.
saytlarin hazirlanmasi