Avropa Liqasının II təsnifat mübarizə aparan Azərbaycan klublarının oyunlarının vaxtları dəyişdirilib.
Sportal.az xəbər verir ki, hər 3 klubumuz ev oyununu Bakıda keçirəcəkdi. Lakin UEFA bunda dəyişiklik edib. Qrumun qərarına görə, "Zirə" Rumıniya "Astra"sı ilə ilk qarşılaşmanı iyulun 13-də səfərdə keçirəcək.
Digər təmsilçimiz "İnter" isə Lüksemburq klubu "Fola Eş"i iyulun 13-də deyil, 12-də qəbul edəcək. Qarşılaşma "Dalğa Arena"da baş tutacaq.
Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən start verən "Qəbələ" isə iyulun 13-də Polşanın "Yagelloniya" klubunu qəbul edəcək. Oyun "Bakcell Arena" keçiriləcək.
Klublarımızın cavab görüşləri iyulun 20-də keçiriləcək.
saytlarin hazirlanmasi