“Əsas olan mərhələ keçmək idi. Rahatlaşmadıq, evdə qələ qazanmağı bacardıq. Mərhələ adladığımıza görə çox sevinirik”.
Sportal.az saytının məlumatına görə bu sözlər Bakının “İnster” klubunun hücumçusu Rauf Əliyev deyib. Millimizin hücumçusu Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “İnter” – “Mladost” (2:0) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Oyun haqda fikirlərini bildirən Rauf, vurduğu qollara sevinmələrinə belə münasibə bildirib:
“Oyundan əvvəl nəsə fikirləşirdik. Sadəcə, bizə UEFA-dan cəza verilə biləcəyi ilə bağlı məlumat verdilər. Əsas bizim qəbimizdən keçən hisslərdi, hamımız Zəhra haqda düşünürük. Oyundan əvvəl də bu barədə danışmışdıq”.
Forvard “İnter”in ikinci təsnifat mərhələsindəki rəqibi olan Lüksemburqun “Fola” klubu haqda danışıb: “Bildiyimiz kimi, rəqibimiz Lüksemburq klubu olacaq. Lüksemburqda son zamanlar futbol inkişaf edir, komandalardan biri “Reyncers”i üstələyə bildi. İnşallah, çalışacağıq ki, mərhələ keçək”.
28 yaşlı futbolçu komandadakı çətinliklərdən söz açıb: “Maliyyə məsələsinə gəldikdə, axsaya-axsaya irəliləyirik”.
saytlarin hazirlanmasi