“Nə demək olar? Oyun çox çətin keçdi”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. Bakı klubu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanında Lüksemburqun “Fola” klubunu məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gürcüstanlı mütəxəsis fikirlərini bildirib:
- Komanda pis oynamadı. Ehtiyat oyunçular skamiyasının zəngin olmaması bizə problem yaradır. Bir az yorğun görünürdük. Eyni futbolçular uzun müddətdi oynayırlar. Buna baxmayaraq, sona qədər mübarizə apardıq, meydanda döyüşdük. Rəib əks hücumlarda çox təhlükəli idi. “Fola” müdafiədə çox “oturdu”. Yəqin ki, cavab oyununda hücumlar edəcəklər, biz isə əks hücumda mübarizə aparacağıq. Ümid edirəm ki, cavab oyununda yaxşı nəticə qazanacağıq.
- Pərdis Fərcad Azad meydanda olduğu müddətdə heç nə ilə yadda qalmadı. Onu əvəzləməməyiniz nə ilə bağlı idi?
- Pərdisin yaxşı keyfiyyətləri var və bunu bilirik. Görünür, bu gün yorğun olub. Düşünürdük ki, ikinci hissədə düzələr, amma olmadı. Onu da qeyd etmək lazımdı ki, Pərdis “Mladost”la oyunda “ən yaxşı”lardan biri idi.
- “Fola”dan belə oyun gözləyirdinizmi?
- Meydanda hansısa yenilik etmədilər. Amma belə oynayacaqlarını da gözləmirdik.
saytlarin hazirlanmasi