Zaur Svanadze: "Cəfəng qollar buraxdıq"

10:39 - 21 İyul 2017

"İnter" Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində səfərdə Lüksenburqun "Fola" klubuna 1 - 4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib.

 

"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı. Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır".

Xəbər xətti