Paytaxtın "İnter" klubunun "İnter Arena"nı tərk etməsi təxirə düşə bilər.
Sportal.az xəbər verir ki, klubun təxminən 40 milyon manat Beynəlxalq Banka borcu olduğunu artıq çoxları bilir. Klubla əlaqələrini tamamilə kəsən bank borclarını almağı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətə həvalə edib. "İnter" isə borcunu verə bilmədiyi üçün bazası olan "İnter Arena"dan çıxarılacaq.
Öncə yayılan məlumatlara görə, paytaxt təmsilçisi AFFA-nın Mərdəkanda yerləşən bazasında məskunlaşacaq, ev oyunlarını isə "Dalğa Arena"da keçicək. Amma əldə etdiyimiz son bilgiyə görə, klubun "İnter Arena"dan baza kimi istifadə etməsi gündəmdədir.
Belə ki, sabiq "bankirlər"in rəhbərliyi hazırda "Aqrarkredit"lə danışıqlar aparır. Son anda danışıqlarda hansısa problem çıxmasa, "İnter" bundan sonra da "İnter Arena"dan təlim-məşq bazası kimi istifadə edə biləcək.
saytlarin hazirlanmasi