“İnter”lə müqavilə imzalamamışam. Hələ ki, gözləyirəm. Bəlkə növbəti həftələrdə sözləşməyə qol çəkdim”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “İnter”in rumıniyalı müdafiəçisi Adrian Skarlatake deyib. Təcrübəli futbolçu klubda vəziyyətin pis olduğunu bildirib. Əcnəbi oyunçu son 2 ayın maaşını hələ də almadıqlarını, həmçinin UEFA Avropa Liqasında Serbiyanın “Mladost” klubunu keçdiklərinə görə verilməli olan mükafatın onlara çatmadığını sözlərinə əlavə edib:
“Son iki ayın maaşı hələ də qalır. “Mladost”la oyuna görə verilməli olan mükafatlar da bizə çatmayıb. Vəziyyət heç də yaxşı deyil. Klubla razılaşma əldə etməyə çalışıram. Amma indiki durumda çox çətindir”.
“Klubdan ayrılmaq ehtimalınız varmı?” sualına Skarlatake belə cavab verib: “Əslində ayrılıb getmək asan deyil. Çünki artıq çempionat start götürür. Bəlkə sabah müqavilə bağladım. Klub prezidenti ilə danışdım və ona söz verdim ki, qalacam. Əgər maaşları verməsələr, “İnter”dən ayrılacam. Lakin söz verdilər ki, bu həftə maaşlar veriləcək”.
saytlarin hazirlanmasi