"İnter"də şok itki: 2 aylıq sıradan çıxdı

15:37 - 9 Avqust 2017

Azərbaycan Premyer Liqasının startına az qalan bir vaxtda "İnter" ciddi itkiylə üzləşib.

 

Sportal.az saytı Futbol11.az-a istinadən xəbər verir ki, məlum səbəblərdən heyəti kasad olan paytaxt komandası Fuad Bayramovun xidmətindən məhrum olub. Gənc yarımmüdafiəçi məşq zamanı zədələnib. Bayramovun 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "İnter" çempionatın ilk turunda "Qəbələ"ni qəbul edəcək. Avqustun 12-də "İnter Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xəbər xətti