"İnter"in müdafiəçisi Tərlan Quliyev Azərbaycan Premyer Liqasının III turunda "Səbail" üzərində 1:0 hesablı qələbədən sonra müsahibə verib.
Sportal.az xəbər verir ki, matçda qırmızı vərəqə alan millimizin müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsən?
- Çətin olacağını əvvəlcədən bilirdik. Bizim üçün ümumiyyətlə, bütün qarşılaşmalar ağır olmalıdı. Vəziyyətimiz göz önündədi. Komandada heyətin yarısı zədəlidi və bu halda belə oynayırlar. Sadəcə. oynamağa məcburuq.
- Qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsən?
- İkinci epizodda sarı vermək olardı. Ancaq ilk epizodda bunu etmək lazım deyildi.
- Komanda 10 nəfərlə qalanda fikirləşmədin ki, qol buraxa bilərsiz, "Səbail" son dəqiqələrdə hesabı bərabərləşdirə bilər?
- Əlbəttə ki, adam belə vəziyyətdə özünü pis hiss edir. Komanda 10 nəfərlə oturub arxada əziyyət çəkir. Nə var - nə var komanda mənim ucbatımdan çətinə düşdü. Yəni adam elə fikirləşir. Bu vəziyyət hamının başına gələ bilər. Əsas 3 xal idi, şükürlər olsun ki, onu da qazandıq. "Kəpəz"lə qarşıdan gələn oyunu fikirləşirik. O da ağır matç olacaq. Özü də Yevlaxda.
- Ümumiyyətlə komandada yaxşıya doğru bir şey baş verdi?
- İnşallah, hər şey yaxşı olmalıdı. Gözləyirik biz də.
saytlarin hazirlanmasi