"İnter" "Kəpəz" üçün başladı

12:54 - 29 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Səbail”i məğlub edərək ilk xallarını qazanan “İnter”də istirahət başa çatır.

 

Sportal.az xəbər verir ki, bakılılar 3 günlük istirahətdən sonra bu gün ilk məşqinə çıxacaq. Çalışmalarda yalnız uzun müddətdi zədəli olan Fuad Bayramov iştirak edə bilməyəcək.

 

Paytaxt klubu çempionatın 4-cü turunda Yevlaxda "Kəpəz"in qonağı olacaq.

 

Qeyd edək ki, “İnter” Premyer Liqada geridə qalan 3 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti