Topaz Premyer Liqasının VII turu “İnter” üçün yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, paytaxt klubu Azərbaycan çempionatlarında 250-ci ev oyununu keçirib.
Buna baxmayaraq, bakılılar “Neftçi” ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub. Bu, “İnter”in öz meydanında keçirdiyi 250 matçda 39-cu məğlubiyyəti olub. Ev oyunlarında 148 dəfə 3 xal qazanan paytaxt futbolçuları 63 dəfə bərabərliklə kifayətlənib. Evdə 377 qol vuran komanda 163 top buraxıb.
saytlarin hazirlanmasi