Oktyabrın 28-də “Kəpəz”lə qarşılaşacaq “İnter” bu matça ilk dəfə “Keşlə” adı altında çıxacaq.
Sportal.az xəbər verir ki, bakılılar yeni adının təqdimetmə mərasimini keçirəcək. Mərasimdə musiqili hissə də nəzərdə tutulub . Belə ki, fasilədə müğənni Ədalət Şükürov da oxuyacaq.
Tanınmış müğənni "Keşlə"nin "facebook" səhifəsi vasitəsilə azarkeşlərə müraciət edərək, onları qarşılaşmaya dəvət edib.
Qeyd edək ki, sözügedən matç saat 15:00-da “İnter Arena”da start götürəcək.
saytlarin hazirlanmasi