Ramiz Məmmədov: "Sehrli çubuqdan istifadə etməməyə çalışırıq"

20:50 - 4 Noyabr 2017

“Oyun hesabla üst-üstə düşmədi”.

 

Sportal.az saytının məlumatına görə, bu sözlər “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədova məxsusdur. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”a məğlub (3:1) olub. Oyundan sonra komandanın yeni baş məşqçisi fikirlərini bildirib: “Bu məğlubiyyət məni çox narahat edir. Uşaqlar keçən oyunlara nisbətən, bu gün yaxşı oynadılar. Bəzi futbolçuların səhvi oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım”.

 

- “Keşlə”dəki problemlər nədən ibarətdir?

- Bu gün şablon sözləri çox işlədirik. Bütün gücümüzü ortaya qoymağa, sehrli çubuqdan istifadə etməməyə çalışırıq. Ehtiyat qüvvəmiz az olsa da, əvəzedici komandadan olan futbolçulara güvənirik. Bu heyətlə özümüzə gələ bilərik.

 

- Qış fasiləsinə qədər komandanızın qarşısına hansı məqsəd qoyulub?

- Qarşıma konkret məqsəd qoyulmayıb. Bacardığımızı ortaya qoymağa, bütün oyunlarda qələbə qazanmağa köklənmişik. İnamsızlığı geridə qoysaq, mənə elə gəlir ki, hər şey qaydasına düşəcək.  

Xəbər xətti