"Keşlə"nin tarixində yeni antirekord

12:55 - 20 Noyabr 2017

Bakının “Keşlə” klubu antirekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda tarixində ilk dəfə ardıcıl 6 çempionat matçında məğlubiyyət alıb. Bu yeni antirekord Topaz Premyer Liqasının 12-ci turunda rəsmiləşib.

 

Öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 6-cı dəfə meydanı xalsız tərk edib.

 

Sonuncu xalını “İnter” adlandığı vaxt “Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xal üzünə həsrətdir. Bu müddətdə “Neftçi” və “Qarabağ”a eyni 0:2, “Səbail”ə 0:1, “Kəpəz”ə 0:2 və “Sumqayıt”a 1:3 hesabı ilə uduzan keşləlilər uğursuz seriyanı “Zirə” ilə matçda da davam etdirib. 

 

Bunadək 20 yaşlı klubun Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyası 5-ə bərabər idi. Bakılılar 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı ilə ardıcıl 5 dəfə yenilmişdi. 2000-ci ilə təsadüf edən seriya 17 ildən sonra yeni antirekorla geridə qaldı.

Xəbər xətti