Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK – “Keşlə” oyunundan (0:3) sonra qonaqlarının baş məşqçisi Ramiz Məmmədovun mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
"Rəqibimizin MOİK olmasına baxmayaraq, oyuna ciddi hazırlaşmışdıq. Onlar I Divizionda aparıcı klubdur. Yaxşı oynayırlar və fiziki cəhətdən güclüdürlər. "Neftçi" ilə qarşılaşmada bəzi futbolçuların biabırçı oyunundan sonra komandanı motivasiya etməyi bacardıq. Əksəriyyətini oynatmadıq və bir çox oyunçumuz əvəzedicilərdən gəlmişdi. Onlar da sağ olsunlar ki, təcrübəli futbolçularla sözü bir yerə qoyub rahat qalib gəldilər. Bu heyətlə "Qəbələ"yə qarşı hazırlaşacağıq. Hara layiq olduğumu göstərəcəyik".
saytlarin hazirlanmasi