Bu gün futbolçuya ən çox ehtiyacı olan komanda “Keşlə”dir. Transfer qadağasından əziyyət çəkən komanda qışda güclənmək məcburiyyətindədir.
Sportal.az xəbər verir ki, bir müddət öncə bu tip işlərə start verən “Keşlə”yə milli komandanın sabiq üzvü Vaqif Cavadov məşq etmək məqsədi ilə cəlb olunmuşdu. Onunla müqavilənin imzalanması nəzərdə tutulmuşdu. Amma Cavadov artıq 1 həfətdir ki, məşqlərə qoşulmur.
Cavadov hazırlıqlarda iştirak etmir. Hadisələrin necə inkişaf edəcəyi isə məlum deyil.
Qeyd edək ki, “Keşlə” “İnter” adlanan zaman Cavadov bu komandanın kapitan sarğısını daşıyıb. (Futbol11.az)
saytlarin hazirlanmasi