Ramiz Məmmədov: "Rəhbərliyin qərarına hörmətlə yanaşacam" MÜSAHİBƏ

16:08 - 14 Dekabr 2017

"Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" Gəncədə 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matçı dəyərləndiirb. 

 

- Oyunun məsuliyyətini hiss edirdik. İlimizin son matçıdı və komandalar istirahətə gedir. Futbolçulara bildirmişdim ki, bu duel iki hissədən ibarətdi. Bakıda 2:0 hesabı ilə qalib gəlsək də, buna arxayın deyildik. Çünki Gəncə həmişə bütün klublar üçün keçilməz səddi olub. Komanda kimin rəhbərliyi altında olursa-olsun. Gəncə futbolu həmişə yüksəkdə olub. İndi bir az tənəzzüldə olsa da, inanıram ki, Yunis Hüseynovun rəhbərliyi altında layiqli yerini özünə qaytaracaq. Futbolçularımıza yalnız alqışlar düşür. Verdiyimiz tapşırıqları layiqində yerinə yetirdilər. Hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bütün xəta-ballalar 2017-ci ildə qalsın.

 

- Mətbuatda belə məlumatlar yayılırdı ki, bu, Ramiz Məmmədovun son matçı olacaq. Klub rəhbərliyi baş məşqçi məsələsinə gələn həftə aydınlıq gətirəcək. Siz özünüz taleyiniz haqda nə düşünürsünz?

- Mənə çempionatda 4 oyunluq və kubok matçları tapçırılmışdı. İşlədiyim bütün klublarda rəhbərliyin qərarına hörmətlə yanaşmışam. Gücüm nəyə çatırdı, bacardığımı göstərdim. Artıq yerdə qalan məsələlər, işimə qiymət rəhbərliyindi. Hansı qərar veriləcək, ona hörmətlə yanaşacam. 

 

- Klubunuzun prezidenti Zaur Axundov sizə bir mütəxəssis olaraq yüksək qiymət verdiyini bizə açıqladı. O, hansı dəyişiklik olursa-olsun, klubda qalacağınızı bəyan etdi. Bəs siz özünüz "Keşlə"də qalacaqsınız, yoxsa yox?

- Bunu Allah qoysa gələcək göstərəcək. Klub rəhbəriylə söhbətimiz olacaq. Qərardan çox asılıdı. Bundan sonra artıq mənim qərarımdan çox şey asılıdı. 

 

- Sizə elə gəlmir ki, 14 ildir futbolumuzda yığılıb qalan üsrüörtülü söhbətləri aça bildiniz, işlədiyiniz qısa müddətdə çox şeyi bacardınız?

- Həyatı boyu işimə çox məsuliyyyətli olmuşam. Bu, təvazökarlıq deyil. Sübh namazından axşam 11-dək işimin üstündə olmuşam. Hər zaman deyirdim ki, oyunun təhlilləri futbolçuların poetsniallarından aşağı çıxış etdiklərini göstərirdi. Hər şeyi edən Allahdır. Hər bir işin üstünü də açan, insanlara da görk edən göydəki ulu Tanrıdı. Allah sağlıq etsin. Burda heç bir şey olmadı. Nə lazım idisə, Allah tərəfindən həyata keçirildi. örtülü nə bazar var idisə, pərdərarxası məsələsi Allah-təala ortaya çıxardı. Çox şükürlər olsun. Yəqin ki, bundan sonra təkrar olunmaz. Hamı ləyaqətlə öz çörəyini qazanar. 

 

- Bu gün də gənc futbolçulara çox şans verdiniz. Belə təəssürat yarandı ki, onların böyük futbola yolunu açdınız. İnanırmısınız ki, "Keşlə" bu gənclərə yüksək yerlərə oynamağa qadirdi?

- Bu gün "Keşlə"də çox istedadlı gənclər yetişir və yetişməkdədi. Estafeti bir-birinə layiqincə ötürürlər. Biz onlara vaxtında inanmalıyıq, dəyər verməliyik. Onlara o güvəni verməsək, özləri özlərindən qırılacaqlar. Bu gün gənclərə şans verməyə məcburuq. Dünya futbolunda gənclərə necə şans verdildiyi göz qabağındadı. Bununla da futbolçular parlayırlar. Əvəzedici heyətin 12 futbolçusunu gətirmişik. Onların adını bir-bir sadalamaq istəmirəm. Artıq "Keşlə"nin yetirmələri olaraq Azərbaycana səs salmış futbolçulardı. İnanıram ki, onların çox parlaq gələcəyi var və gələcəkdə Azərbayacan xeyir verə biləcək futbolçular olacaq. Hə birinə uğurlar arzu edirəm. (Sport24.az)

Xəbər xətti