“Keşlə”nin qış hazırlıq planı bəlli olub.
Sportal.az xəbər verir ki, dünən “Kəpəz”lə kubok oyundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 5-də təlim-məşq toplanışı üçün bir araya gələcək.
Yanvarın 18-nə kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ramiz Məmmədovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.
Yanvarın 21-də Türkiyəyə yollanacaq qəsəbə təmsilçisi hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada komanda 3 yoxlama matçı keçirəcək.
“Keşlə” fevralın 2-də Bakıya qaydacaq.
saytlarin hazirlanmasi