“Keşlə” növbəti transferlər həyata keçirib.
Sportal.az xəbər verir ki, paytaxt klubu yamaykalı hücumçu Andre Klennon və qambiyalı yarımmüdafiəçi Ebrima Sohna ilə müqavilə imzalayıb. Hər iki futbolçu cari mövsümün sonunadək “Keşlə”nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Keşlə" Məqsəd İsayev ("Neftçi"), Kamran Ağayev ("Mlada", Çexiya), Pablo Podio ("Fastav", Çexiya: icarəyə), Herve Tçami ("Hajer", Səudiyyə Ərəbistanı), Nemanya Stoyanoviç ("Qarabağ", Vyana, Avstriya) və Vaqif Cavadovla da müqavilə bağlayıb.
saytlarin hazirlanmasi