“Keşlə”nin düşərgəsində olan Sergey Postupalenko komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, buna səbəb "Keşlə"nin səviyyəsiukraynalı futbolçunu qane etməməsi olub. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov Postupalenkonu bir oyunda sınayacaqdı. Lakin yarımmüdafiəçi heç bir oyunda iştirak etmədən oranı tərk etmək qərarına gəlib və daha iddialı komanda axtarışındadır.
Qeyd edək ki, Postupalenkonun son klubu Ukrayna “Olimpik”i olub.
saytlarin hazirlanmasi