"Keşlə"nin yeni transferi: "Azərbaycanda məni nələr gözlədiyini bilmirəm" MÜSAHİBƏ

13:57 - 29 Yanvar 2018

"Keşlə"nin yeni transferi Ebrima Sohna Antalya toplanışı haqda danışıb.

 

Sportal.az saytı xəbər verir ki, qambiyalı yarımmüdafiəçi Korner.az-a müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib:

 

- Bura ilk gəldiyim gündən futbolçular məni çox yaxşı qarşıladı. Onlar artıq komandanın bir parçası olduğuma, onlardan biri olduğuma inandırdılar və bu da komandaya uyğunlaşmağıma kömək elədi. Özümü yeni bir komandada hiss etmirəm, sanki həmişə burda olmuşam.

 


- Öz potensialınız haqqında nə düşünürsünüz?

- Futbolda hər məşq bir şansdı. Məşqçiyə sübut etməlisən ki bu formaya və start heyətə layiqsən. Hər zaman çalışmışam ki,həmişə yaxşı olduğumu sübut edim. Məni start heyətə çağırılıblarsa, deməli potensialıma güvəniblər. Özümə bu cəhətdən tam əminəm.


- Azərbaycana gəlməmişdən qabaq, bura haqqında məlumat topladınmı? "Keşlə" barədə kimdən məsləhət aldı?

- Hər futbolçu üçün düzgün seçim eləmək əsas şərtdir. Mənim də özümə görə karyeram olub və bu müddətdə bir çox futbolçu tanımışam. Azərbaycanda iki futbolçu ilə məsləhətləşmişəm, onlar həm Azərbaycanı, həm də komandanı çox təriflədilər. Elə başa düşürəm ki, seçimdə yanılmamışam.


- Azərbaycana gələn hər futbolçu burdakı komandalara tramplin kimi baxır, daha yüksək klubulara keçid kimi. Bəs siz necə?

- Futbolda qabaqcadan danışmaq olmur. Sadəcə ona söz verə bilərəm ki, mən əlimdən gələni edəcəm. Burda artıq mənim işgüzarlığımı hamı görüb. Birinci klub məndən razı olmalıdır ki, mən də razı qalım. Mən hələki çox razıyam. Komandanın yaxşı nəticələri olmalıdı ki, ondan sonra razılıq məsələsi haqda danışaq.


- Azərbaycana gələn legionerlər çox vaxt süni ot örtüyündən narahat olublar. Bəs sizi hansı məsələlər narahat edir?

- Meydanlar aydın məsələdir, lakin qalan məsələlərdə hələ rəy verə bilmərəm. Çünki hələ Azərbaycanda olmamışam və məni nələr gözlədiyini bilmirəm.


- Komanda yoldaşlarının potensialı haqda nə deyə bilərsən?

- İlkin təəssüratlarım odur ki, komandada çox yaxşı futbolçular var. Komanda kimi bir olmaq üçün yenilərə biraz vaxt lazım olacaq. Ümid edirəm ki, çempionatın ilk oyununda qələbə qazanarıq və əhval-ruhiyyəmiz yüksələr. Bu futbolçularla çox böyük uğurlar əldə etmək olar.

Xəbər xətti