"Keşlə" Ukrayna klubu ilə bacarmadı

20:43 - 29 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Yuri Maksimovun yetirmələri Ukraynanın “Karpatı” klubuyla qarşılaşıb. Üç qolun qeydə alındığı matçda bakılılar məğlubiyyətlə üzləşiblər. Paytaxt təmsilçisinin yeganə qolunu Əlibəy Məmmədli vurub.

 

Bu, Bakı klubunun Antalyadakı ikinci yoxlama oyunu idi. Komanda ilk matçda Makedoniyanın “Rabotniçki” klubunu 1:0 hesabıyla məğlub etmişdi.

 

Yoxlama oyunu

29 yanvar

 

"Keşlə" - "Karpatı" - 1:2

Xəbər xətti