Yuri Maksimov: "Komanda yavaş-yavaş özünə gəlir"

00:56 - 2 Fevral 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Keşlə” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Bakı təmsilçisi Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunla bağlı fikirlərini bildirib:

 

“Komandanın oyunundan razı qaldım. Toplanışın sonlarına yaxın fiziki cəhətdən daha hazır vəziyyətə gəlmişik. Komanda ikinci hissədə niyə yaxşı təsir bağışlamırdı? Çünki fasilədən sonra bir neçə dəyişiklik etdim. Bəzi oyunçulara istirahət etmək şansı verdim. İstəmirəm ki, kimsə toplanışın sonunda zədə alsın. Komanda yavaş-yavaş özünə gəlir”.

Xəbər xətti