"Yaxşı kollektivimiz var. Mövsümün ikinci yarısına hazırlaşırıq. Çempionatın başlamasında lap az qaldı. "Səbail"lə oyunu səbirsizliklə gözləyirik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Keşlə"nin yeni transferi Andre Klennon deyib. Yamaykalı forvard Topaz Premyer Liqasında 8 komandanın olmasına baxmyaraq, rəqabətli adlandırıb:
"Komandaların sayı az ola bilər, amma çempionatda rəqabətin güclü olduğunu bilirəm. Hədəfimiz daha çox xal ehtiyatımızı artıraraq addım-addım qabağa getməkdir. Həmçinin, ölkə kubokuna da qarmaq atmaq istəyirik. "Keşlə"nin vəziyyətinin yaxşılaşması üçün çalışacağıq".
Qeyd edək ki, Klennon Finlandiyanın VPS klubundan "Keşlə"yə keçib.
saytlarin hazirlanmasi