"Keşlə"nin futbolçusu: "Onlar məni təhqir etmək məcburiyyətində deyillər"

01:14 - 10 Fevral 2018

"Keşlə"nin braziliyalı legioneri Denis Silva Kruz sosial şəbəkə hesabında azarkeşlərdən narazlıq edib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı stopper qeyd edibi ki, bir sıra şəxslər sosial şəbəkədə onun xanımı və qızını təhqir edir:

 

"Mən təmənnasız mesajlardan yorulmuşam. Uzun illərdir buradayam və Azərbaycanın çörəyini yeyirəm. Ancaq bəzi şəxslər necə düşünürlər?! Onlar məni təhqir etmək məcburiyyətində deyillər! Həmin şəxslər həyat yoldaşımla qızımı təhqir erməməlidirlər! 10 ildir ki, Azərbaycandayam. Bu müddət ərzində hər kəsə hörmətlə yanaşıram. Ən azı mənim istədiyim şey də eynidir".

 

Qeyd edək ki, Silva 2008-ci ildə ölkəmizə ayaq basıb. O, "Xəzər Lənkəran" və "Neftçi"də də çıxış edib.

 

Image may contain: 2 people, people smiling, people standing and indoor

Image may contain: 3 people, people smiling

Image may contain: 2 people, people smiling, people sitting and indoor

Xəbər xətti