“Keşlə”nin futbolçusunun xanımı: “Məni nahar yeməyinə və evə dəvət edirlər”

15:55 - 12 Fevral 2018

“Keşlə”nin futbolçusu Denis Silva Kruzun feysbukda bəzi azarkeşlərin onun ailəsini təhqir etməsindən şikayətləndiyini xəbər vermişdik. Belə ki, braziliyalı müdafiəçi fanatların onun arvadına və qızına təhqirlər yazdığını bildirib. 

 

Sportal.az saytı xəbər verir ki, bununla bağlı futbolçunun xanımı Luana Rinaldi “Qafqazinfo”ya açıqlama verib. Rinaldi azarkeşlərin onu nahar yeməyinə və evə dəvət etdiyini deyib:

 

“Bəzi azarkeşlər mənə mesaj yazırlar. Tanımadığım insanlara cavab vermirəm. Bilmirəm kimdirlər. Çox pis sözlər yazırlar. Cavab verməyəndə də təhqir edirlər. Əgər cavab vermirəmsə, mənə hörmət etməlidirlər. Amma söyüş yazırlar. Bəzən isə inboxa yazırlar ki, biz səninlə birlikdə nahar edə bilərik. Belə şeylər nəyə lazımdır axı? Hətta bir neçəsi yazır ki, evdə görüşə bilərik. Belə şeyləri niyə edirlər bilmirəm”.

Xəbər xətti