300-cü qol və Maksimovun ilk qələbəsi

12:50 - 19 Fevral 2018

Bakının “Keşlə” klubu Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub. 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunun “Kəpəz”lə Gəncədəki qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadır. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb. “Keşlə”nin səfərdəki məhsuldarlığı 1,20—yə bərabərdir.

 

Qeyd edək ki, “Keşlə” Bayramovun qolu 1:0 hesabı ilə qalib gəlib. 11 oyunluq qələbə həsrətinə son qoyan komanda indiki adı altında və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal əldə edib. Paytaxt klubu son qələbəsini 162 gün öncə 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında qazanmışdı – 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.

Xəbər xətti