Topaz Premyer Liqasının 21-ci turunda səfərdə “Qarabağ”la heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər. Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə, gənclər meydana çıxırdı. Hansı ki, bu yaxınlara kimi əvəzedicilərdə oynayırdı. “Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə, heç-heçəni yaxşı nəticə hesab edirəm.
- Əvəzedici heyətin üzvlərinə güvəndiyinizi dediz. Bunun günahı kimdədi? Komanda niyə yetərincə transfer həyata keçirməyib?
- Bu mövzu barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, əlimizdə olan “material”dan tam isrtifadə edirik.
- Demək olar ki, klubun qış transfer siyasəti iflasa uğradı?
- Məni düzgün başa düşün. Güclü futbolçu 4 aya müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz.
- Fasilədən sonra komanda necə təsir bağışlayır? İrəliləyiş varmı?
- Bayaq da qeyd etdim. Komanda bu gün 60 dəqiqə tab gətirdi. Sonra isə o qədər də yaxşı təsir bağışlamadı.
- Rəhbərliyin qarşısına futbolçularla uzunmüddətli müqaviləni şərt qoya bilməzdiz?
- Büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Buna görə, transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm.
- Kamran Ağayevin zədəsi nə yerdədi? Ciddi deyil ki?
- Həkimlər hələ bu barədə heç nə deməyiblər. Onlarla danışdıqdan sonra onun vəziyyətinə aydınlıq gələcək.