Yuri Maksimov: "Kubok oyununa ciddi şəkildə hazırlaşırıq"

20:34 - 15 Aprel 2018

“Keşlə” Topaz Premyer Liqasının XXIII turunda səfərdə “Sumqayıt”ın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən paytaxt klubunun baş məşqçisi Yuri Maksimov fikirlərini bildirib:

 

Üç gün öncə üz-üzə gələn komandalar oynadı. Oyuna ciddi hazırlaşmışdıq. Əsasən, kubok oyununa ciddi şəkildə hazırlaşırıq. Biz yaxşı oynasaq da, əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq. Məncə, bu, Məqsədin meydandan qovulması ilə əlaqədar idi.

 

- Hakim idarəçiliyindən razı qaldınız?

- Mənim hansısa etirazım yoxdu. Deyirlər ki, rəqib ikinci qolu oyundankənar vəziyyətdən vurub. Amma mən buna baxdıqdan sonra danışa bilərəm.

 

- Kubokda “Sumqayıt”  üçün sürpriz hazırlamısınız?

- Heyətdə yeni futbolçular olacaq. Yəqin ki, taktiki sxemdə dəyişiklik edəcəyik.

Xəbər xətti