Yuri Maksimov: "3:0 hesabından sonra futbolçular fərqli oynamağa başladılar" MÜSAHİBƏ

19:37 - 12 May 2018

Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə “Qarabağ”a 3:0 hesabıyla qalib gələn “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

- Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. “Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm.

 

- Ukrayna mətbuatında yer alan məlumatlara görə, bu ölkənin klublarından biri ilə danışıqlar aparırsız. Hətta bununla bağlı Kiyevdə olduğunuz da deyilir.
- Mən belə bir xəbərlə qarşılaşmamışam.

 

- Vaqif Cavadovla bağlı aranızda gərginlik var idi... 
- Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdı. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz.

 

- Kubokun finalı barədə nə düşünürsüz? “Keşlə”nin “Qəbələ”ni məğlub etmək gücü varmı?
- Bunu yalnız oyundan sonra demək olar. (Sport24.az)

Xəbər xətti