Azərbaycan Kubokunun finalında "Qəbələ" ilə oynayacaq “Keşlə” xoş xəbərə sevinib.
Sportal.az xəbər verir ki, komandanın zədəli futbolçusu Sezar Meza Kolli final oyununa tam hazır olacaq. Belində ağrılar olan futbolçu zədə səbəbindən Topaz Premyer Liqasının 28-ci turunda "Səbail"lə görüşü buraxmışdı. "Keşlə"nin əsas fiquru olan paraqvaylı yarımmüdafiəçi həlledici görüşdə komandasının kömək edəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Keşlə” “Qəbələ” ilə üz-üzə gələcək. Matç mayın 28-i, saat 20:00-da baş tutacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi