Tarixi qolun müəllifi: "Belə şansı qaçıra bilməzdim"

12:53 - 29 May 2018

"Əvvəlcə, komandanı təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. "Qəbələ" çox yaxşı komandadı. Oyun ərzində istənilən hallar baş verə bilər".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad deyib. O, Azərbaycan kubokunun finalında "Qəbələ"yə qalib gəldikləri matçdan danışıb:

 

"Oyuna start heyətində başlamalı idim. Birinci hissədə oynamadığıma görə məyus oldum. Baş məşqçimiz də bilir ki, meydana çıxdığım oyunlarda komandaya maksimum xeyir verməyə çalışıram".

 

Millimizin sabiq hücumçusu vurduğu qoldan danışıb: "Sevinirəm ki, finalda qol vurdum və bu, komandama qaləbə qazandırdı. Gözəl ötürməyə görə Vaqif Cavadova təşəkkür edirəm. Belə şansı qaçıra bilməzdim".

 

Pərdis komandadakı gələcək taleyindən danışıb: "Hələ ki, heç nə dəqiqləşməyib. Amma klubla danışıqlarımız davam edir". 

Xəbər xətti